TƏBİB-dən Oqtay Gülalıyevin oğlunun şikayətinə CAVABbackend

TƏBİB-dən Oqtay Gülalıyevin oğlunun şikayətinə CAVAB

“Hüquq müdafiəçisi Oqtay Gülalıyevin ev şəraitində müalicəsinin təşkili üçün 3 tibb bacısı və 3 kiçik tibb bacısı təhkim olunub. Həmin tibb bacılarına 3 aydır ki, maaş verilməməsi barədə məlumat həqiqəti əks etdirmir”.

KONKRET.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qurumdan O. Gülalıyevin oğlu Təbrizin iddiasına cavab olaraq Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun baş həkimi Nizami Nəbiyev bildirib ki, tibb bacılarına dövlət tərəfindən tənzimlənmiş əməkhaqları hər ay ödənilir:

“Oktay Gülalıyevin normal həyata geri dönə bilməsi və ayağa qalxması üçün həkimlərimiz əlindən gələni edir”.

Xatırladaq ki, T. Gülalıyev dərmanların alınması ilə də bağlı 5 aydır ki, narahatlıq keçirdiklərini bildirmişdi. Onun sözlərinə görə, aylardır xəstəyə qulluq üçün ayrılan tibb bacılarına maaş verilmədiyindən onlar müalicəni dayandırmaq məcburiyyətindədirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*