TƏBİB: “Koronavirusa yoluxan xəstələrin vəziyyətində ağırlaşma yoxdur”backend

TƏBİB: “Koronavirusa yoluxan xəstələrin vəziyyətində ağırlaşma yoxdur”

“Azərbaycanda koronavirus aşkarlanmış 3 xəstənin vəziyyətində ağırlaşma yoxdur”.

KONKRET.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva deyib.

O qeyd edib ki, hazırda xəstələrin vəziyyəti stabildir.

TƏBİB rəsmisinin sözlərinə görə, koronavirusa yoluxan yeni  xəstə yoxdur.

Xatırladaq ki, Azərbaycanda koronavirus aşkarlanan ilk şəxs 1997-ci il təvəllüdlüdür. O, Rusiya vətəndaşıdır.

Digər şəxs 17 iyul 1973-cü iı təvəllüdlü Azərbaycan vətəndaşıdır. O, xəstəxanaya fevralın 26-da daxil olub. Həmin şəxs 1 gün Tehranda, 3 gün isə Təbrizdə səfərdə olub.

29 aprel 1998-ci il təvəllüdlü üçüncü koronavirus aşkarlanan şəxs də fevralın 26-da xəstəxanaya yerləşdirilib və Qum şəhərindən gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*