Goranboy rayonunun Qaramusalı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlardan 3 nəfər hazırda Goranboy Rayon Mərkəzi Xəstəxanasında yüngül bədən xəsarətləri ilə müalicəsini davam etdirir.
TƏBİB-dən KONKRET.az-a verilən məlumata görə, onların vəziyyətləri qənaətbəxşdir və müalicələri davam etdirilir.
21 nəfərə isə zəruri tibbi yardım göstərilərək, ambulator müalicə üçün evə buraxılıblar.
