TƏBİB yeniyetmənin qripdən ölməsi məsələsinə münasibət bildirdibackend

TƏBİB yeniyetmənin qripdən ölməsi məsələsinə münasibət bildirdi

TƏBİB Sumqayıtda yeniyetmənin qripdən ölməsi məsələsinə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, 14.10.2023-cü tarixdə saat 12:35 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub:

“Təcili tibbi yardım briqadaları dərhal çağırış ünvanına yollanıb. 2008-ci il təvəllüdlü vətəndaşın həkiməqədər ölümü qeydə alınıb”.

Qeyd edək ki, Sumqayıt şəhəri, Yaşıldərə qəsəbəsində yaşayan 2008-ci il təvəllüdlü İlqar Elyar oğlu Sadıqov bu gün səhər saatlarında qəfil dünyasını dəyişib.

Yaxınlarının açıqlamasına görə, onun qripdən öldüyü ehtimal edilir. Belə ki, İlqar Sadıqov ötən gün qrip olub. Bu gün səhər saatlarında o yaşadığı evdə qəfil dünyasını dəyişib.//Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*