TƏCİLİ: ABŞ-ın nüvə sualtı qayığı Aralıq dənizinə girdi – MÜHARİBƏ BAŞLADIbackend

TƏCİLİ: ABŞ-ın nüvə sualtı qayığı Aralıq dənizinə girdi - MÜHARİBƏ BAŞLADI

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus, qitələrarası ballistik raketlərlə təchiz olunan “USS Alyaska” strateji atom sualtı qayığı Cəbəllütariq bazasında qısa müddətli dayandıqdan sonra Aralıq dənizinə doğru hərəkət edib.

KONKRET.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı Operativ Donanmasının açıqlamasına görə, “Ohio” sinfinə aid olan sualtı qayıq ötən bazar günü Cəbəllütariqa daxil olub.

Bildirilib ki, “Ohio” sinifli sualtı qayıqlardan buraxılan ballistik raketlər ABŞ-ın nüvə triadasının ən dayanıqlı komponenti hesab olunur.

Məlumata əsasən, ABŞ Hərbi Dəniz Qüvvələrinin arsenalında olan 14 “Ohio” sinifli strateji sualtı qayığın hər biri fərdi hədəflənmə sisteminə malik 20 ədəd “Trident II D5” ballistik raketi daşımaq imkanına malikdir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*