Birləşmiş Ştatlar İranda qalan vətəndaşlarına ölkəni təcili şəkildə tərk etmək barədə ciddi xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumat ABŞ-ın İrandakı virtual səfirliyinin yaydığı rəsmi bəyanatda yer alıb.
Məlumata görə, Vaşinqton bölgədə artan gərginlik, mümkün iğtişaşlar, internet kəsintiləri və nəqliyyat infrastrukturundakı məhdudiyyətləri əsas gətirərək öz vətəndaşlarını ehtiyatlı olmağa çağırıb.
Natiq Səlim
KONKRET.az
