Azərbaycanın İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu Ramil İmranov faciəvi şəkildə dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) rəsmi sosial şəbəkə hesabında məlumat yayıb.
Rəsmi məlumata görə, diplomat Culfa-Təbriz avtomagistral yolunda, Mərənd qəsəbəsi yaxınlığında idarə etdiyi xidməti avtomobillə ağır yol-nəqliyyat qəzasına uğrayıb. Qəza nəticəsində konsul Ramil İmranov həlak olub.
Xarici İşlər Nazirliyi baş vermiş ağır qəza ilə bağlı başsağlığı bəyanatı yayıb:
“Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olması xəbəri bizi dərindən sarsıtdı.
Bu ağır gündə mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik.
Allah rəhmət eləsin!”\\Musavat.com

