İran rəsmi olaraq xəbərdarlıq yayıb və Azərbaycanla sərhəd boyunca Xəzər dənizindəki bütün hava sahəsini bağlayıb.
KONKRET.az xəbər verir ki, son saatlarda İran ordusunun pilotsuz uçuş aparatlarının fəaliyyəti artır, bu isə ekspertlər tərəfindən həmin ərazidə hərbi təlimlərin keçirildiyini göstərir.
Təlimlər ABŞ-ın regionda hərbi mövcudluğunu artırması və İran əleyhinə mümkün əməliyyat təhlükələri fonunda keçirilir.
Ötən gün İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqayi bildirib ki, İslam Respublikası ABŞ tərəfindən ediləcək hətta “məhdud zərbəni” də hücum aktı kimi qiymətləndirəcək.
Müşviq Tofiqoğlu
KONKRET.az
