TƏCİLİ: İran “Hörmüz” lə bağlı QƏRAR VERDİ: Yeni qaydalar BELƏ OLACAQbackend

TƏCİLİ: İran "Hörmüz" lə bağlı QƏRAR VERDİ: Yeni qaydalar BELƏ OLACAQ

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın qısamüddətli hərbi müşayiət əməliyyatını dayandırmasından sonra strateji Hörmüz boğazından keçən gəmilər üçün “yeni prosedurlar” tətbiq ediləcəyini bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, bu açıqlama Tehranın Vaşinqtonun “Project Freedom” (“Azadlıq Layihəsi”) adlı əməliyyatını dayandırmaq qərarına ilk reaksiyası hesab olunur. Sözügedən missiya müharibə dövründə blokadada olan Hörmüz boğazından kommersiya gəmilərinin təhlükəsiz keçidini təmin etmək məqsədi daşıyırdı.

ABŞ əməliyyata bazar günü başlayıb, lakin çərşənbə axşamı sülh danışıqlarında irəliləyiş olduğunu əsas gətirərək missiyanı dayandırdığını elan edib.

SEPAH-ın bəyanatında “yeni prosedurlar”ın detalları açıqlanmasa da, Fars körfəzi və Ərəb dənizində fəaliyyət göstərən gəmi kapitanlarına və sahiblərinə Hörmüz boğazından keçid zamanı “İran qaydalarına uyğun əməkdaşlıq” etdiklərinə görə təşəkkür bildirilib.

İran daha əvvəl Hörmüz boğazından keçən gəmilərə nəzarət etmək və təhlükəsiz keçid üçün ödəniş almaq niyyətində olduğunu bildirmişdi. Bu plan beynəlxalq ictimaiyyət tərəfindən tənqidlə qarşılanmışdı.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*