Təcili tibbi yardım avtomobili piyadanı vuraraq öldürdü – FOTObackend

Təcili tibbi yardım avtomobili piyadanı vuraraq öldürdü - FOTO

Ucarda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

KONKRET.az-ın xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Anar İsmayıl oğlu Əliyevin idarə etdiyi Təcili Tibbi Yardım maşını yolu keçmək istəyən piyada, rayonun Küçəkənd kənd sakini, 1973-cü il təvəllüdlü Süleyman Arif oğlu Rəsulovu vurub. S. Rəsulov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*