Rusiyanın cənub bölgəsində yerləşən 13 hava limanı Ukraynaya məxsus pilotsuz uçuş aparatının aeronaviqasiya inzibati binasına düşməsindən sonra fəaliyyətini müvəqqəti dayandırıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə nəticəsində personal zərər görməyib və hazırda mütəxəssislər avadanlıqların texniki vəziyyətini yoxlayırlar.
Hadisənin hava limanlarının uçuş cədvəlinə təsiri və bərpa işlərinin nə vaxt yekunlaşacağı barədə əlavə məlumat verilməyib.
Müşviq Tofiqoğlu
KONKRET.az
