Təhlükəli körpü Şabran sakinlərini evlərindən didərgin salıb – FOTO/VİDEObackend

Təhlükəli körpü Şabran sakinlərini evlərindən didərgin salıb - FOTO/VİDEO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 122-ci km-liyində 2010-cu ildə inşa edilən körpü ətrafda yaşayan sakinlərin kabusuna çevrilib.

KONKRET.az-a sakinlər tərəfindən daxil olan müraciətdə bildirilir ki, körpü istifadəyə verildikdən sonra burdan ağır yük avtomobillərinin keçməsi nəticəsində yaranan titrəmə evlərdə çatların əmələ gəlməsinə, mənzillərin yararsız hala düşməsinə səbəb olub.

İş o həddə çatıb ki, 20 Yanvar küçəsində yaşayan bəzi sakinlər öz mülklərini tərk etmək məcburiyyətində qalıblar. Vətəndaşların əsəblərini tarıma çəkən səbəblərdən biri də dövlət qurumlarının problemin həlli istiqamətində heç bir addım atmamasıdır.

Şikayətçilərin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə baxış keçirərək, evlərdə çatların əmələ gəlməsinə dair rəyi Avtomobil Yolları Dövlət Agentliyinə göndərsələr də, heç bir nəticəsi olmayıb.

Görünən odur ki, ən yaxın zamanda dövlət qurumları problemin həlli istiqamətində əməli addım atmazsa, körpünün ətrafındakı evlərin daşı-daş üstündə qalmayacaq.

Yəni ötən hər gün həm sakinlərin, həm də qurumların ziyanına işləyir. Çünki vaxt keçdikcə, zərərin miqdarı daha da artır.

Emin Kərimov, Şabran

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*