“Heç bir şikayətim yoxdur. Oğluma dedim ki, gedin barışın. Ölümü də keçirlər”.
KONKRET.az xəbər verir ki, bu sözləri təhqir olunan qızın nənəsi Cəmilə Hacıyeva Baku TV-yə bildirib.
O əlavə edib ki, nəvəsinin atası barışıq üçün şərt irəli sürüb: “Atası deyir ki, qızını götürüb gəlsin. Qızıma qarşı nə hərəkət ediblərsə, eynisini o da eləsin. Bundan sonra barışaram. Onlar da gəlmirlər. Rza qızını götürüb gəlsəydi, mən ikisini də qucaqlayıb barışdırardım. Dava nəyə lazımdır?”.
Nənənin məsləhətini doğru hesab etmirəm ərköyün qız cəzalanmalıdır çünki fayzbuk səhifəsində yazıb ki yaxşı eləmişəm düzgün gərəkən etmişəm peşmanam deyiləm . Bu artıq əxlaqsızlıqdır