Təhsil naziri məktəblərin bağlanmasından DANIŞDIbackend

Təhsil naziri məktəblərin bağlanmasından DANIŞDI

“Bu aylar ərzində ümumi yoluxmaların 4-6 faizi müəllimlər olub”.

KONKRET.az xəbər verir ki, bunu canlı yayımda sualları cavablandırarkən təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, məlumdur ki, məktəblər bağlı və ya açıq olsa da, müəllimlər yoluxurdu:

“Təbii ki, yoluxmaların hamısı məktəblərdə baş vermirdi. Ancaq biz başa düşürük ki, 2500 nəfərlik yoluxma halında təxminən 100-ə qədər müəllim, məktəb personalı koronavirusa yoluxur. Bu 100 nəfərin 80 faizi Bakı, Sumqayıt, Abşeron, Gəncə və Şəkinin payına düşürdü”.

Nazir bildirib ki, gündə 100 yoluxma 10-15 məktəbin bağlanması deməkdir:

“Başqa sözlə, saylar artardısa və məktəblər bağlanmazdısa, hər gün epidemioloji səbəblərdən böyük təhsil müəssisələrinin distant təhsilə keçməsi ilə üz-üzə qalacaqdıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*