KONKRET.AZ Moldovanın yerli mediasına istinadla xəbər verir ki, paytaxt Kişinyovda “Korrupsiyasız bir nəsil: təhsil sistemi qeyri-rəsmi ödəmələrdən və rüşvətdən imtina etməlidir” devizi altında fləşmob keçirilib.
Bir qrup gənc antikorrupsiya şüarları yazılmış plakatlar tutublar. Vətəndaşlara korrupsiyanın nə olduğu, rüşvətə görə hansı sanksiyaların verildiyi və rüşvət istənildiyi təqdirdə kimə müraciət etmək barədə məlumat veriblər.
Etirazçıların təşkil etdiyi flaşmobun əsas mesajı bu idi ki, təhsil sistemində korrupsiyasız bir nəsil yetişdirilsin, tələbələr və valideynlər nəhayət qeyri-rəsmi ödənişlərdən, rüşvətdən imtina etsinlər.
Aksiya Korrupsiyaya Qarşı Mübarizə Milli Mərkəzi ilə birgə həyata keçirilən “Moldova Respublikasında bütövlüyü gücləndirməklə korrupsiyaya qarşı mübarizə” layihəsi ilə dəstəklənib.
KONKRET.AZ

