Tələbələrin hansı halda təqaüddən məhrum olunacağı AÇIQLANDIbackend

Tələbələrin hansı halda təqaüddən məhrum olunacağı AÇIQLANDI

“Əgər tələbənin yay imtahan sessiyasında üç fəndən akademik borcu yaranırsa, sentyabrın 15-dək onun üçün yaradılan imkandan istifadə etməsə, yəni kəsildiyi fənlərdən yenidən imtahan verməsə, o halda həmin tələbə təqaüddən məhrum olunacaq”.

KONKRET.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarı ilə bağlı sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, sentyabrın 15-dək tələbə kəsildiyi fəndən imtahan verib nəticəsini düzəldə bilərsə, təqaüd almaq müsabiqəsində iştirak edə biləcək:

“Lakin əvvəl belə şans verilmirdi. Bu, o demək deyil ki, o təqaüd alacaq. Bilirik ki, təqaüd almaq üçün müəyyən limit var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*