Terror aktı hazırlamaqda şübhəli bilinən 3 nəfər saxlanıldıbackend

Terror aktı hazırlamaqda şübhəli bilinən 3 nəfər saxlanıldı

Almaniyada avtomobildən istifadə edərək terror aktı hazırlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə DPA agentliyi Köln polisinin nümayəndəsinə istinadla məlumat yayıb.

Məlumata görə, həmin şəxslər Köln, Vyana və Madriddə terror aktları planlaşdırırdılar. Bununla bağlı əvvəllər bir nəfər saxlanılıb. Daha sonra məlum olub ki, o, terror hücumunu planlaşdıran yeganə şəxs deyil.

Potensial hədəflərdən biri kimi şəhərin simvolu və Almaniyanın ən məşhur görməli yerlərindən biri olan Köln Katedrali seçilib. Dünyanın ən hündür üç kilsəsindən biri olan Köln Katedrali UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*