“Terrorun sifarişçilərini mütləq tapacağıq” – Putinbackend

“Terrorun sifarişçilərini mütləq tapacağıq” - Putin

“Rusiya, sözsüz ki, “Crocus City Hall” konsert zalındakı terror aktının sifarişçilərinin kimliyini aydınlaşdıracaq”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu bəyanatla Rusiyanın dövlət başçısı Vlafimir Putin Daxili İşlər Nazirliyinin geniş kollegiya iclasında çıxış edib.

“Bizim üçün təkcə birbaşa icraçılar deyil, həm də bu cinayətin bütün halqalarını, son cinayətkar benefisiarlarının zəncirini müəyyən etmək vacibdir”, – deyə Putin qeyd edib.

Onun sözlərinə görə, “Krokus”da terror aktını sifariş edənlər Rusiyanı parçalamaq istəyiblər, baş verənlərdən ölkədə nifaq salmaq üçün istifadə etməyə çalışıblar.

Dövlət başçısı vurğulayıb ki, terror aktı ilə bağlı vəziyyətin təhlili son dərəcə obyektiv və peşəkarcasına aparılmalıdır.

Xatirə SADİQ

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*