“Tərtər işi”nə görə bu hərbçilərə də hökm oxundubackend

“Tərtər işi”nə görə bu hərbçilərə də hökm oxundu

“Tərtər işi”nə görə mühakimə edilən daha 4 hərbçinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

KONKRET.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, Ruslan Mikayılov 6 il 10 ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev 5 il 8 ay, Sənan Maşıyev isə 4 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Prokuror təqsirləndirilən şəxslərə 9 il 10 aya kimi azadlıqdan məhrumetmə cəzası tələb edirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*