Tərtər sakini işlədiyi şirkətdə öldübackend

Tərtər sakini işlədiyi şirkətdə öldü

Samux rayonunda kişi işlədiyi şirkətdə dünyasını dəyişib.

KONKRET.az-ın məlumatına görə, hadisə rayon ərazisində fəaliyyət göstərən şirkətlərdən birində qeydə alınıb.

Belə ki, Tərtər rayon sakini, 1980-ci il təvəllüdlü X. Hüseynovun iş zamanı qəfil halı pisləşib. Dərhal hadisə yerinə təcili tibbi yardım çağırılıb. Aparılan müayinə zamanı onun həyatını itirdiyi müəyyən olunub.

Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib. İlkin məlumata görə, 46 yaşlı kişi ürək tutmasından vəfat edib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib, ekspertizadan sonra ailəsinə verilib.

Faktla bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır./unikal

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*