Tərtərdə silahlar aşkarlanaraq götürüldübackend

Tərtərdə silahlar aşkarlanaraq götürüldü

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silahların tapılaraq yığılması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayon ərazisindən üç ədəd avtomat və üç ədəd tüfəng aşkar olunaraq götürülüb.

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən də qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*