“Tesla” sürücüsüz taksi xidmətini işə salmağı planlaşdırırbackend

"Tesla" sürücüsüz taksi xidmətini işə salmağı planlaşdırır

ABŞ-ın “Tesla” şirkəti özünün elektromobilləri əsasında sürücüsüz taksi xidmətini işə salmağı planlaşdırır.

KONKRET.az xəbər verir ki, bunu “Tesla”nın rəhbəri İlon Mask şirkətin fəaliyyətinin 2022-ci ilin birinci rübü üzrə yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, “robotaksi” xidmətinin 2024-cü ildə işə düşməsi nəzərdə tutulur.

 

Qeyd olunur ki, bu xidmətdə “Tesla”nın tam avtomatlaşdırılmış, sükan və pedalları olmayan elektromobilləri istifadə olunacaq.

İ.Mask 2024-cü ilədək həmin avtomobillərin kütləvi istehsalına başlamaq niyyətində olduğunu bildirib.//Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*