backend

Təyyarə qəzasını "videoya çəkən şəxs" həbs edildi

PS752 təyyarəsi keçən həftənin çərşənbə günü Tehranda havaya qalxdıqdan sonra düşürülüb və nəticədə göyərtədə olan 176 nəfər ölüb. İran təyyarənin səhvən vurulduğunu və hadisə ilə bağlı bir neçə nəfərin həbs edildiyini bildirib. İran Prezidenti Həsən Ruhani deyib ki, ölkəsinin araşdırması “xüsusi məhkəmədə” aparılacaq. “Bu, müntəzəm və adi məhkəmə işi olmayacaq. Bütün dünya bu məhkəməni izləyəcək”, o, çıxışında bildirib. Cənab Ruhani vurğulayıb ki, “faciəvi hadisə“də təkcə bir nəfər günahlandırılmamalıdır. “Bu, yalnız tətiyi çəkən şəxs deyil, həm də məsuliyyət daşıyan insanlardır” deyib. İran ilk öncə təyyarənin raketlə vurulması iddialarını rədd etsə də, sonradan onun ölkənin hava müdafiə sistemləri vasitəsilə vurulduğunu etiraf edib. Təyyarənin vurulması anının videosunun sosial mediada yayılması təhlilçilərə onun raketlə vurulmasını deməyə imkan verib.

Həbs edilən kimdir?

İran mətbuatı yazır ki, İranın İnqilab Keşikçiləri keçən həftə təyyarənin vurulma anı videosunu internetə yükləyən şəxsi təcridxanaya aparıblar. Lakin görüntüləri ilkin olaraq paylaşan, Londonda yaşayan iranlı jurnalist yazır ki, onun xəbər mənbəyi təhlükəsizlikdədir və İran hakimiyyəti yalnış insanı saxlayıblar.

Çərşənbə axşamı günü İranın ədliyyə sözçüsü Gholamhossein Esmaili təyyarənin düşürülməsi ilə əlaqədar bir neçə nəfərin saxlandığını demişdi. O, bildirib ki, 30 nəfərə yaxın adam “qanunsuz yığıncaqlarda iştirak etməyə” görə həbs olunub.

“The New York Times” yazır ki, təhlükəsizlik kameralarının görüntüləri təyyarəyə 20 saniyədən çox ara ilə iki raketin vurulduğunu göstərib.

Digər ölkələr nə deyir?

Böyük Britaniyanın Baş naziri Boris Conson çərşənbə axşamı günü BBC-yə deyib ki, o, İranın təyyarəni vurması ilə “dəhşətli səhvə” yol verdiyini anladığına görə “şaddır”.

“Onların üzr istəməsi yaxşıdır. İndi əsas məsələ regionda gərginliyin azalmasıdır”, – o bildirib.

Ukraynanın xarici işlər naziri Vadim Pristaiko bazar ertəsi günü deyib ki, vətəndaşlarının göyərtədə olduğu beş ölkə – Kanada, Ukrayna, Əfqanıstan, İsveç və adı çəkilməmiş bir ölkə – cümə axşamı günü Londonda görüşüb mümkün qanuni addımlar barədə müzakirələr aparacaqlar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*