Rusiyada Soçidən Omsk istiqamətində hərəkət edən sərnişin təyyarəsi Novosibirsk vilayətinin Ubinskoye kəndində torpaq yola eniş etməli olub.
KONKRET.az xəbər verir ki, bu barədə TASS-a ölkənin Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən bildirilib.
“İlkin məlumata görə, Ubinskoye kəndi ərazisində torpaq yola enib. Zərərçəkmiş yoxdur, məlumat dəqiqləşdirilir”, – mətbuat xidməti açıqlayıb.
Qeyd olunub ki, “Ural Hava Yolları”na məxsus hava gəmisinin göyərtəsində 156 sərnişin olub. Miniklərin hamısı təxliyə olunub.
Xatırladaq ki, sözügedən təyyarə daha öncə həyəcan təbili çalmışdı.//Report