Təyyarə yaşayış binasına çırpıldı – Ölənlər varbackend

Təyyarə yaşayış binasına çırpıldı – Ölənlər var

ABŞ-nin Florida ştatının Klearvater şəhərində “Beechcraft Bonanza V35” yüngül mühərrikli təyyarə yaşayış binasına çırpılıb.

KONKRET.az xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər həlak olub. Ölənlərin dəqiq sayı məlum deyil.

Təyyarənin qəzaya uğraması nəticəsində yanğın başlayıb. Bəzi sakinlər xəsarət almadan evlərini tərk edə biliblər.

Federal Aviasiya Administrasiyasının məlumatına görə, qəzadan bir qədər əvvəl pilot təyyarənin mühərrikində nasazlıqlar olduğunu bildirib. Təyyarənin göyərtəsində olan ekipaj üzvlərinin sayı məlum deyil.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*