“The Economist”: “Qərbin Rusiyaya qəti cavab verməsi çox çətindir”backend

"The Economist": "Qərbin Rusiyaya qəti cavab verməsi çox çətindir"

Co Bayden ABŞ-ın Ukraynadakı əməliyyatına görə Rusiyaya qarşı geniş iqtisadi sanksiyalar tətbiq etdiyini açıqlayıb. Ancaq sanksiyaların Rusiya iqtisadiyyatını bir anda çökdürəcəyini düşünənlər, şübhəsiz ki, məyus olacaqlar. Ən azı ona görə ki, dünyanın hələ də Rusiya neftinə və qazına ehtiyacı var.

Prezident Baydenin elan etdiyi sanksiyaların coğrafiyası çox genişdir. Bunlara Rusiyanın ən böyük banklarının aktivlərinin dondurulması, onun borc almaq imkanından məhrum edilməsi, yüksək texnologiyalı malların idxalının məhdudlaşdırılması, Rusiya elitasının və onların uşaqlarının sərvətlərinin müsadirə edilməsi daxildir. Xatırladaq ki, Böyük Britaniya və Aİ buna oxşar tədbirləri açıqlayıb.

Bununla belə, sanksiyaların Rusiya iqtisadiyyatını bir anda çökdürəcəyini düşünmək ən azı ağılsızlıqdır. Üstəlik, Qərbin Rusiyaya qarşı hiddətli olmasına baxmayaraq, nüvə dövləti ilə hərbi əməliyyatlara girməyəcəyi də aydındır. Belə görünür ki, Amerika və Avropa qınama, iqtisadi təzyiq hesabına Rusiya daxilində narazılıqlar yaradıb Putini hərbi əməliyyatdan əl çəkməyə məcbur edəcəyinə ümid edir.

Bayden Rusiyanı pisləyib və “demokratiya və avtokratiya” arasında mübarizədə Qərbin birliyini yüksək qiymətləndirib. Bununla belə, fakt faktlığında qalır. Sanksiyalar xarici siyasət aləti kimi yalnız məhdud təsir bağışladığından Qərb açıq-aydın uğursuzluqla üz-üzədir. Səbəblərdən biri odur ki, bu sanksiyaları tətbiq edənlər də çox vaxt bu sanksiyalardan əziyyət çəkir.

Bildiyimiz kimi, Bayden Putini aylardır ki,  “külli miqdarda” sanksiyalarla hədələyirdi. İndi bu hədələrin təsirsiz olduğunu görən ABŞ prezidenti deyir ki, o, heç vaxt Rusiyanı çökdürəcəyini öz üzərinə götürməyib. İndi o deyir ki, sanksiyalar Rusiyanı ancaq uzunmüddətli perspektivdə zəiflətmək, onu “kiçik güc” səviyyəsinə salmaq məqsədi daşıyır. Bəli, çarəsiz Bayden belə deyir. Və yenə də proqnoz verir: “Rusiya öz iqtisadiyyatının strateji sektorları üçün zəruri olan maliyyə və texnologiyalara çıxış imkanını itirdikdə, zaman keçdikcə bizim hərəkətlərimizin ən güclü nəticələrini hiss edəcək… Hesablamalarımıza görə, tədbirlər nəticəsində ABŞ, müttəfiqlərimiz və tərəfdaşlarımız olan ölkələr Rusiyadan yüksək texnologiyaların idxalını azadacaq. Bu da Rusiyanın zəifləməsinə gətirib çıxaracaq”.

Gülməlidir deyilmi…

“The Economist” (Böyük Britaniya).

Tərcümə etdi: Lətif.A.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*