TikTok RİA Novosti-nin hesabını blokladı – FOTObackend

TikTok RİA Novosti-nin hesabını blokladı - FOTO

TikTok RİA Novosti-nin hesabını bloklayıb.

KONKRET.az xəbər verir ki, dünən axşam qondarma Donetsk xalq respublikasının separatçı rəhbəri Denis Puşilin evakuasiya ilə bağlı müraciət edib. Müraciət

RİA Novosti-nin TikTok hesabında da yayılıb.

TikTok əvvəl Puşilinin evakuasiya ilə bağlı müraciəti olan videonu silib və sonra RİA Novosti-nin hesabını bloklayıb.

Həmin vaxt videoya 1,2 milyondan çox istifadəçi baxıb. Eyni zamanda kanalda 1,9 milyondan çox baxışla “LXR” başçısı Leonid Paseçnikin müraciəti olan oxşar video qalıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*