Topdaynews.ru: Əliyev Putini fakt qarşısında qoydu: “Türk hərbçiləri Dağlıq Qarabağda olacaq”backend

Topdaynews.ru: Əliyev Putini fakt qarşısında qoydu: "Türk hərbçiləri Dağlıq Qarabağda olacaq"

Azərbaycan türk hərbçilərinin Qarabağa girəcəyi barədə məlumatı təsdiqləyib

Avia.pro xəbər verir ki,Azərbaycanın nəzarətində olan Qarabağda türk hərbçilərinin olduğunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə söhbətində də bildirib.

“Telegram” kanalı “Militarist”in verdiyi xəbərə görə, Türk hərbçilərinin Qarabağda olması, əslində, hətta heç müzakirə də edilməyib. Bu, Azərbaycan prezidentinin hərbi əməliyyatların dayandırılmasına dair danışıqlarda irəli sürdüyü şərt idi.

Qeyd etmək lazımdır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan artıq türk qoşunlarının Azərbaycana göndərilməsi ilə bağlı fərman imzalayıb. Müxtəlif silahlar və zirehli texnika ilə bir neçə min Türk hərbçisinin Azərbaycanın nəzarətində olan ərazilərdə yerləşdiriləcəyi artıq heç kimdə şübhə doğurmur.

Rusiyada Azərbaycan və Türkiyənin bu hərəkətlərinin bölgədəki vəziyyəti daha da ağırlaşdıracağına inanırlar. Bu baxımdan rəsmi Moskva münaqişə bölgəsində türk hərbçilərinin olmasına ehtiyac görmürdü.

Hərbi analitiklərin qeyd etdiyi kimi, Bakı atəşkəs şərtlərini diqtə etməyə cəhd göstərə bilər, eyni zamanda Dağlıq Qarabağın bütün ərazisini nəzarətə götürmək üçün yeni hücum əməliyyatı planlaşdırır. Ekspertlərin fikrincə, Rusiyanın münaqişənin yenidən gərginləşməsinin qarşısını almaq üçün Bakı üzərində güclü  təzyiq rıçaqları var.

Mənbə: Topdaynews.ru:

Natiq Səlim

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*