Tovuzda az yaşlı ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.
KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.
Belə ki 2012-ci il təvəllüdlü Tunar Kərəmli Rəşad oğlu yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Az yaşlıya lazımi tibbi yardım göstərilib, vəziyyətin kafi olduğu bildirilir. Məlumata görə az yaşlının üstünə isti su tökülüb.
APA
