“Tovuzdakı yarımstansiyada yanğına səbəb 6 kv-luq izolyasiyalı xətdə qızma nəticəsində izolyasiyalı kabelin yanması olub”.
KONKRET.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev məlumat verib.
Onun sözlərinə görə, qısa müddətdə yanğının qarşısı alınıb: “Elektrik enerjisi təchizatı kəsilən bir neçə küçə ən qısa vaxtda alternativ xətlə elektrik enerjisi ilə təmin edilib”.
22:01
Tovuzda elektrik stansiyasında baş verən partlayış yanğına çevrilib.
KONKRET.az xəbər verir ki, dərhal hadisə yerinə FHN-in canlı qüvvəsi və yanğınsöndürən avtomobilləri cəlb olunub. Yanğın söndürülüb.
Hazırda rayona elektrik enerjisinin verilməsi dayandırılıb.
