Tovuzda məktəbli bıçaq xəsarəti aldıbackend

Tovuzda məktəbli bıçaq xəsarəti aldı

Tovuz rayonunda 10-cu sinif şagirdi bıçaq xəsarəti alıb.

KONKRET.az-ın məlumatına görə, hadisə N.Tusi adına Təbiət və Texniki Təmayüllü məktəb liseyində qeydə alınıb.

Məktəbinin 10-cu sinif şagirdi 2007-ci il təvəllüdlü Ruslan Məmmədov sağ bud nahiyəsinin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal məktəbliyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə sinif yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə isə dərs vaxtı məktəbin həyatində qeydə alınıb.

Baş vermiş hadisə ilə bağlı araşdırmalara başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*