Tovuzda və Ağcabədidə ev, Bakıda maşın yandıbackend

Tovuzda və Ağcabədidə ev, Bakıda maşın yandı

Bakının Yasamal rayonunda “Opel” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. 

Fövqəladə Hallar Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Digər yanğın hadisəsi Tovuz rayonunun Alakol kəndində baş verib.

Ümumi sahəsi 124 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Ağcabədi rayonunun Boyat kəndində isə ümumi sahəsi 168 m² olan evin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 5 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər üç yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*