Toyda mübahisə qanla bitdibackend

Toyda mübahisə qanla bitdi

Şəmkirdə toyda bıçaqlanma olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov KONKRET.az-a bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayonun Səməd Vurğun adına kənd sakini, 1968-ci il təvəllüdlü Mustafa Zeynalovun kəsici-deşici alətlə çiyin nahiyəsinin daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub.

Araşdırmalarla M.Zeynalova toy mərasimində həmkəndlisi – 2005-ci il təvəllüdlü Qafar Abbasovun xəsarət yetirməsi məlum olub.

Şübhəli şəxs saxlanılıb, araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*