Toz fırtınası nəticəsində 6 nəfər ÖLDÜ – VİDEObackend

Toz fırtınası nəticəsində 6 nəfər ÖLDÜ - VİDEO

ABŞ-ın İllinoys ştatında toz fırtınası səbəbindən 100-ə yaxın avtomobil toqquşub.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsindən bildirilib.

Qeyd olunub ki, magistral yolda baş verən qəza nəticədə 6 nəfər ölüb, 30-dan çox insan yaralanıb. Qəzada ən gənc qurbanın cəmi iki, ən yaşlısının isə 80 yaşı var.

Məlumata görə, toz fırtınası zamanı 60 avtomobil və 30-a yaxın yük maşını toqquşub, onlardan ikisi alovlanıb.

Polisdən bildirilib ki, güclü külək əkin sahələrinin torpağını uçurub, nəticədə qum fırtınası başlayıb. Bu, magistral yolda görüntünün sıfıra enməsinə səbəb olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*