Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp 2020-ci ildə “Kanzas-Siti Çifs”in Superbouldakı qələbəsi ilə bağlı təbriki zamanı səhv edib.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, ABŞ dövlət başçısı komandanı böyük Kanzas ştatını təmsil etdiyini bəyan edib və Tvitter-də post paylaşıb.
Lakin, əslində, komanda Kanzas-Siti şəhərinin yerləşdiyi Missuri ştatına məxsusdur.
Sosial şəbəkənin istifadəçiləri prezidenti tənqid ediblər. Daha sonra o, postunu silərək yeni bir post yayıb və Missuri ştatını təbrik edib.
Qeyd edək ki, “Çifs” bu kuboku son 50 ildə birinci dəfə qazanıb.
“Kanzas-Siti”nin kvoterbeki Patrik Mahoums Superboulun ən dəyərli oyunçusu seçilib.
Babək Göyüş
KONKRET.az
