Tramp: ABŞ tezliklə İran üzərində qələbə qazanacaqbackend

Tramp: ABŞ tezliklə İran üzərində qələbə qazanacaq

ABŞ Prezidenti Donald Tramp ölkəsinin tezliklə İran üzərində qələbə qazanacağını bildirib.

KONKRET.az APA-ya istinadən bildirir ki, “Biz qalib gələcəyik, bu, tezliklə baş verəcək. Əslində, biz artıq qalib gəlmişik, çünki onların nüvə silahına sahib olmasına imkan verilmir”, – Tramp deyib.

ABŞ Prezidenti İrana zərbələr endirmək qərarının doğru olduğunu bildirib. Onun iddiasına görə, Vaşinqton bu addımı atmasaydı, Tehran iki-dörd həftə ərzində nüvə silahı əldə edə bilərdi. Tramp hazırda bu müddətin 25 ilə qədər uzadıldığını iddia edib.

Tramp, həmçinin ABŞ-nin İrana qarşı əməliyyatlarının uğurla davam etdiyini və Vaşinqtonun Hörmüz boğazına nəzarət etdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*