Pakistan ABŞ-dan İranla aparılan danışıqlar dövründə “Project Freedom” (“Azadlıq Layihəsi”) əməliyyatını müvəqqəti dayandırmağı xahiş edib.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında danışıb.
Onun sözlərinə görə, sözügedən əməliyyat hərbi qarşıdurma səbəbindən Hörmüz boğazında qalan gəmilərin müşayiət olunmasını nəzərdə tutur.
“Pakistan və onun liderləri çox yaxşı davrandılar. Onlar danışıqlar zamanı bunu etməməyimizi xahiş etdilər”, – deyə Tramp bildirib.
ABŞ lideri əlavə edib ki, zərurət yaranacağı təqdirdə Vaşinqton əməliyyatı yenidən bərpa edəcək.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımalarının əsas marşrutlarından biri hesab olunur və bölgədəki hərbi gərginlik beynəlxalq ticarətə ciddi təsir göstərir.
Müşviq Tofiqoğlu
KONKRET.az
