Tramp İranla razılaşmanın şərtlərini sərtləşdiribbackend

Tramp İranla razılaşmanın şərtlərini sərtləşdirib

ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşma üzrə əvvəlki təklifə dəyişikliklər edərək daha sərt şərtlər irəli sürüb.

KONKRET.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.

Qəzetin yazdığına görə, Tramp administrasiyası İranla müharibədən sonra mümkün razılaşma layihəsini yenidən nəzərdən keçirib və yenilənmiş təklifi Tehrana göndərib. Məlumata əsasən, ABŞ tərəfi danışıqlarda daha sərt mövqe tutaraq İrana əlavə təzyiq göstərmək və razılaşmanı sürətləndirmək niyyətindədir.

Məqalədə qeyd olunur ki, Tramp İranın ABŞ təkliflərinə kifayət qədər sürətli reaksiya vermədiyini hesab edir. Bu səbəbdən Vaşinqtonun təqdim etdiyi yeni çərçivədə əvvəlki layihə ilə müqayisədə daha ciddi tələblərin yer aldığı bildirilir. Lakin yenilənmiş şərtlərin detalları açıqlanmır.

Qeyd edək ki, bundan əvvəl ABŞ və İran arasında mümkün razılaşmanın Hörmüz boğazının açılması, nüvə proqramı, zənginləşdirilmiş uran ehtiyatları və iqtisadi məhdudiyyətlər kimi məsələləri əhatə etdiyi bildirilmişdi. Bununla belə, Tehran hələlik yekun razılaşmanın əldə olunduğunu təsdiqləməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*