Tramp Kanadanı ABŞ-nin 51-ci ştatı olmağa çağırdıbackend

Tramp Kanadanı ABŞ-nin 51-ci ştatı olmağa çağırdı

Donald Tramp Kanadanı Amerika Birləşmiş Ştatlarına qoşulmağa və ABŞ-ın 51-ci ştatı olmağa çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” sosial hesabında  yazıb: “Bir çox kanadalılar 51-ci ştat olmaq ideyasının tərəfdarıdır. ABŞ Kanadanın ehtiyac duyduğu kütləvi ticarət kəsirlərinə və subsidiyalara daha dözə bilməz. Kanadanın baş naziri Castin Trüdo bunu anladı və  istefa verdi”.  Tramp  əlavə edib ki, iki ölkənin birləşməsi ticarət tariflərini aradan qaldıracaq, vergiləri aşağı salacaq və Ottavanın onları daim əhatə edən Rusiya və Çin gəmilərinin təhdidlərinə qarşı tam təhlükəsizliyinə zəmanət verəcək. Tramp sonda, birlikdə böyük millət olardıq, deyə yekunlaşdırıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*