Tramp özünü amerikalıları qoruyan divara bənzətdibackend

Tramp özünü amerikalıları qoruyan divara bənzətdi  

ABŞ Prezidenti Donald Tramp özünü “Amerika xəyalı” ilə “xaos”u ayıran divarla müqayisə edib.

KONKRET.az xəbər verir ki, D.Tramp bu barədə fikirlərini Minnesota ştatında seçiciləri ilə görüşdə səsləndirib.

“Əgər siz mənə səs versəniz, bilin ki, mən həmin o divaram. Bizim cənub sərhədlərimizdə (ABŞ-Meksika sərhədi – red.) tikdiyimiz divarı xatırlayırsınız? Mən sizin “Amerika xəyalı” ilə “xaos” arasındakı divaram”, – deyə Birləşmiş Ştatlar prezidenti söyləyib.

Xatırladaq ki, üç noyabr tarixində ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*