Tramp seçkilərdə rəqibi olan Blumberqin boyunun “çox kiçik” olduğunu dedibackend

Tramp seçkilərdə rəqibi olan Blumberqin boyunun “çox kiçik” olduğunu dedi

ABŞ prezidenti Donald Tramp bildirir ki, Amerika Birləşmiş Ştatlarının prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olan Nyu-Yorkun keçmiş meri və biznesmen Maykl Blumberqin boyu “çox kiçik”dir.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Fox News” telekanalı yayıb.

Amerika liderinin sözlərinə görə, Bloomberq debat zamanı onun yanında dayanmaq üçün bir qutu istəyir.

“Hər şey normaldır. Burda yanlış bir şey yoxdur. Siz də boyda qısa ola bilərsiniz”, – Tramp bildirib.

Bununla yanaşı, ABŞ prezidenti 2020-ci ildə Amerika prezidenti seçkilərində Blumberq ilə məmnuniyyətlə rəqabət aparacağını deyib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*