Ağ ev Amerika lideri Donald Trampın impiçment məsələsi ilə bağlı ona qarşı ifadə verən Milli Təhlükəsizlik Şurasının əməkdaşı, Silahlı Qüvvələrin polkovnik-leytenantı Aleksandr Vindmanın işdən çıxarılması ehtimalını nəzərdən keçirir.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Bloomberg işin gedişi ilə tanış olan iki mənbəyə istinadən yayıb.
Mənbələrin sözlərinə görə, Ağ evdə hərbçinin işdən çıxarılmasını qurum əməkdaşlarının ştatının ixtisarı kimi təqdim etmək niyyətindədirlər.
Bundan əlavə, bildirilir ki, bəzi işçilər Milli Təhlükəsizlik Şurasından başqa yerə köçürüləcək.
Konqresə öz ifadələrində Vindman bildirib ki, Amerika administrasiyası və Trampın özü Ukraynadan ABŞ-ın keçmiş vitse-prezidentinin oğlu Hanter Baydenin fəaliyyətini araşdırmağı, Ukrayna lideri Vladimir Zelenskinin Ağ Evdə Tramp ilə görüşməsini tələb ediblər. Vindman qeyd edib ki, impiçment üzrə dinləmələrdə çıxış etmək qərarına gəldikdən sonra onu Ağ evdə bəzi müşavirələrə dəvət etməkdən boyun qaçırıblar.
Fevralın 5-də ABŞ Senatı impiçment məsələsini Trampın xeyrinə bağlayıb.
ABŞ-da anonim məlumatçı Trampın Ukrayna lideri Vladimir Zelenskiyə təzyiq etdiyini açıqladıqdan sonra qalmaqal yaşanıb.
Babək Göyüş
KONKRET.az
