Trampun nəvəsi kollecdə ağladı: “Bir neçə gündür heç nə yeməmişdim”backend

Trampun nəvəsi kollecdə ağladı: "Bir neçə gündür heç nə yeməmişdim"

ABŞ prezidentinin 19 yaşlı nəvəsi Kay Tramp Mayami Universitetində təhsilə başlamasının ilk həftəsində yaşadığı çətinliklərdən, göz yaşlarından və səhhətindəki problemlərdən bəhs edən səmimi YouTube bloqu paylaşıb.

KONKRET.az xəbər verir ki, peşəkar səviyyədə qolf ilə məşğul olan və universitetin qadın qolf komandasına qoşulan Kay ailəsindən və dostlarından ayrılmağın onun üçün çox çətin olduğunu etiraf edib. Xüsusilə anası Vanessa Trampın son aylarda döş xərçəngi ilə mübarizə aparması bu ayrılığı daha da emosional edib.

Gərgin qrafik (məşqlər, iclaslar və dərslər) səbəbindən yemək bişirməyə vaxt tapmayan gənc qız günlərlə ac qalıb. Onu ziyarətə gələn rəfiqəsi Kayın soyuducusunun boş olduğunu görüb şoka düşüb və onun “üç gündür heç nə yemədiyini”, yalnız pəhriz kolası ilə yaşadığını bildirib.

İlk həftədə angina (boğaz ağrısı) xəstəliyinə tutulan Kay ayağa qalxmaq üçün dərhal anasının yanına qayıtmalı olub. Sağaldıqdan sonra isə yenidən kampusa dönüb. Daha əvvəl isə o, “Target” mağazasında alış-veriş edərkən anasının ona qab yuyan maye və təmizlik vasitələri aldığını və artıq evini təkbaşına təmizləməli olduğunu zarafatla bölüşmüşdü.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*