Tunisdə gərgin vəziyyət: Ordu hərəkətə keçdibackend

Tunisdə gərgin vəziyyət: Ordu hərəkətə keçdi

Tunisdə Medenin və Kebili əyalətlərinin sakinləri arasında kütləvi toqquşma baş verib.

KONKRET.az  xəbər verir ki, bu barədə “Tunisie Numérique” portalı məlumat yayıb.

Duz (Kebili əyaləti) və Bəni Kxedeş (Medenin əyaləti) regionlarının sakinləri qarşıdurma zamanı odlu silahlardan atəş açıblar. Nəticədə 30-dan çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qarşıdurmalar nəticəsində bir neçə avtomobil yandırılıb, bir kafe dağıdılıb. Yaralılardan 5 nəfərinin vəziyyəti ağırdır.

Vəziyyətə nəzarət etmək üçün ordu hərəkətə keçib. (axar.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*