Türk Dövlətləri Təşkilatı: “Qazaxıstan hökumətinə və xalqına kömək etməyə hazırıq”backend

Türk Dövlətləri Təşkilatı: "Qazaxıstan hökumətinə və xalqına kömək etməyə hazırıq"

“Türk Dövlətləri Təşkilatı Qazaxıstan hökumətinə və xalqına kömək etməyə hazırdır”.

KONKRET.az xəbər verir ki, Türk Dövlətləri Təşkilatı son günlər Qazaxıstanda baş verən hadisələrdən narahat olduğunu və lazım gələrsə dəstək verməyə hazır olduğunu bildirib.

Eyni zamanda təşkilat üzvləri hesab edirlər ki, Qazaxıstanda asayişi bərpa etmək üçün hər cür imkan var.
“Biz Qazaxıstanda sülh və sabitliyə verdiyimiz əhəmiyyəti vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi bildiririk.
Biz bəyan edirik ki, Qazaxıstan hökumətinə və xalqına lazım ola biləcək hər cür dəstəyi verməyə hazırıq”, – Türk Dövlətləri Təşkilatı bəyan edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*