Türk general: Türkiyə S-400-ləri bura yerləşdirsə… – Videobackend

Türk general: Türkiyə S-400-ləri bura yerləşdirsə... - VİDEO

Yunanıstan F-35-lərin alınması məsələsi ilə bağlı tələsik addımlar atır.

KONKRET.az  xəbər verir ki, bu sözləri türkiyəli general Nejat Eslen deyib.

“Türkiyə həm geosiyasi mövqeyi, həm də imkanları baxımından ABŞ və NATO üçün olduqca önəmli ölkədir. ABŞ-ın regionda Yunanıstana verdiyi dəstək öz mənafeyinə uyğun deyil. ABŞ strateji durumu nəzərə almalıdır”, – deyə general bildirib.

O, Türkiyənin S-400-lərinin Yunanıstanı narahat etdiyini vurğulayıb:

“Yunanıstan F-35-ləri alarsa, Türkiyə qarşılarına S-400-ləri qoyar. Bütün dünya bilir ki, S-400-lərin qarşısında F-35-lərin “xəyalət təyyarəsi” imkanları yoxdur. Təbii ki, ABŞ da bundan narahat olar. S-400-ləri Egey və Şərqi Aralıqda yerləşdirərsək, həm Yunanıstan, həm də burada macəra axtaran digər ölkələr qarşısında strateji üstünlük əldə edərik”.  (axar.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*