2021-ci ilin qışında normal həyata qayıdacağıq.
KONKRET.az xəbər verir ki, bu sözləri “Biotech” şirkətinin həmtəsisçisi, türkiyəli professor Uğur Şahin deyib.
O bildirib ki, COVİD-19-a qarşı 90-dan artıq effektiv peyvənd hazırlanıb:
“Bu ilin qış aylarında peyvənd yoluxma sayının azalmasına ciddi təsir göstərməyəcək. Yaz ayları bizə xeyli “yardım edəcək”. Yoluxma sayı azalacaq. Bu səbəbdən növbəti ilin qışına müsbət nəticələr gözləyirik”. (axar.az)
