Türkiyə bankları Rusiyaya kənd təsərrüfatı məhsulları, turizm, tibb və təhsil sahələrində ödənişləri bərpa edib.
KONKRET.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə müsahibəsində Rusiya Ticarət və Sənaye Palatasının (SPA) Rusiya-Türkiyə İşgüzar Şurasının baş direktoru Aleksey Eqarmin danışıb.
Onun sözlərinə görə, genişlənməkdə davam edən siyahıya tekstil və əczaçılıq sənayesi də əlavə edilib.
Egarmin qeyd edib ki, ödənişlərlə bağlı vəziyyət müxtəlif banklar üçün bir qədər fərqlidir: “Məsələn, “Golden Global” ilə hələ də çətinliklər var. “Ziraat” və “VakıfBank” ödənişləri daha asan qəbul edir, lakin yenə də yalnız humanitar seqmentlər üçün”, – baş direktor bildirib.
Ariz Həsənoğlu,
KONKRET.az