Türkiyə Bosfor boğazını Rusiya donanması üçün bağlayır.
KONKRET.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Ukraynada vəziyyət müharibəyə çevrilib. Türkiyə Boğazlar üzrə Montrö Konvensiyasına əməl edəcək”
Xatırladaq ki, Türkiyə bu qərara tərəddüd edirdi.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra Qara dənizə gəmilərin bağlanacağını açıqlamışdı.

Xuraman Etibarlı,
KONKRET.az
