Türkiyə hərbi müdaxiləyə hazırlaşır – Sərhədə hərbi texnikalar göndərildibackend

Türkiyə hərbi müdaxiləyə hazırlaşır - Sərhədə hərbi texnikalar göndərildi

Türkiyə Suriya sərhədinə hərbi texnika karvanı göndərir.

KONKRET.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, zirehli texnika və hərbi sursat yüklü maşınlardan ibarət karvan Qaziantepin İslahiyə qəsəbəsinə çatıb.

Hərbi texnika Suriyanın İdlib vilayəti ilə sərhəddə yerləşən Hatay rayonundakı hərbi hissələri gücləndirmək məqsədi ilə göndərilir.

Qeyd edək ki, hazırda Suriyada Bəşər Əsədə sadiq qüvvələr müxaliflərin nəzarətindəki sonuncu ən böyük yaşayış məskəni olan İdlib vilayətinə hücum etməkdədir. Bununla əlaqədar Türkiyə ilə sərhəddə evlərini tərk edən yüz minlərlə suriyalı toplaşıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki gün əvvəl Suriya ordusu İdlibə hücumları dayandırmazsa, hərbi müdaxilə planının da masada olduğunu bəyan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*